Detoksifikasiya anlayışı nədir? Foodinfo.az bildirir ki, mütəxəssislər orqanizmi toksinlərdən təmizləməyin vacibliyini getdikcə daha çox müzakirə edirlər, amma həqiqətən detoksa ehtiyacımız varmı?

Endokrinoloq Olqa Tsygankova bu məsələ ilə bağlı fikirlərini bölüşüb. Onun fikrincə, detoks faydalı ola bilər, lakin moda qidalanma meyllərinin tez-tez təqdim etdiyi formada deyil.

Trendləri izləmək əvəzinə, bədəninizi dinləməyi və ehtiyaclarına diqqət yetirməyi bacarmaq vacibdir. Balanslaşdırılmış qidalanma və müntəzəm fiziki fəaliyyət sağlam həyat tərzinin əsası olaraq qalır.

Leyla