Pəhriz günlərində qızardılmış və duzlu yeməklərdən uzaq durmalısınız. Bunun əvəzinə tam taxıllı dənli bitkiləri, eləcə də liflə zəngin meyvə və tərəvəzləri pəhrizinizə əlavə etmək daha yaxşıdır. Foodinfo.az xəbər verir ki, bu barədə diyetoloq Yelena Solomatina danışıb.

Mütəxəssis eyni zamanda şirin meyvələrdən uzaq durmağı tövsiyə edib, həmçinin mayeləri də unutmamağa çağırıb. Adi su ilə yanaşı, bitki çayları və şəkərsiz meyvə içkiləri də uyğun ola bilər. Bədəndən "qalıqları çıxarmağa" kömək etmək istəyənlər üçün quru ərik və gavalı, həmçinin brokoli, gül kələm, balqabaq kimi tərəvəzlərdən şorba bişirib yemək faydalıdır.

Duzlu və qızardılmış qidalarla yanaşı, ədviyyatlı qidaları da pəhrizinizdən çıxarmaq daha yaxşıdır. Bundan əlavə, tərkibində müxtəlif konservantlar, boyalar və dad artırıcılar olan məhsullardan istifadə etməməlisiniz.