Artıq çəki əksər hallarda aclıqdan deyil, narahatlıq və digər mənfi emosiyaların “yeməklə basdırılması” nəticəsində yaranır. Foodinfo.az Sports.kz-ə istinadən xəbər verir ki, psixoterapevt İrina Yudkina daha az yeməyə kömək edən sadə, amma effektiv üsullardan danışıb. Mütəxəssisin sözlərinə görə, əsas məsələ diqqət mərkəzini dəyişməkdir. İnsanlar çox zaman stress, gərginlik və emosional boşluq zamanı yeməyə üz tuturlar. Buna görə də psixoterapevt gündəlik “xoşbəxtlik planı” tərtib etməyi tövsiyə edir.
“Bu plan gün ərzində insanı sevindirən xırda detallar daxil edə bilər. Məsələn, parkda qısa gəzinti, zövq alınan bir iş və ya sevilən hobbi ilə 10–15 dəqiqə məşğul olmaq belə əhval-ruhiyyəni yaxşılaşdıra bilər,” — deyə İrina Yudkina bildirib. Onun sözlərinə görə, daha bir təsirli üsul başqasına sevinc bəxş etməkdir. Bu, kiçik hədiyyə, diqqət göstərmək və ya yaxınlara qayğı ola bilər. Psixoterapevt vurğulayır ki, əsas məqsəd sevinci yeməkdə deyil, həyatın özündə tapmaqdır.
Mütəxəssisin fikrincə, bu yanaşma təkcə emosional vəziyyəti yaxşılaşdırmır, eyni zamanda çəkinin tədricən azalmasına da kömək edir.






