Ənginar və sarımsaq qaraciyərin normal fəaliyyətini bərpa etməyə kömək edəcək. Bu barədə “Moskva 24” telekanalına dietoloq, tibb elmləri doktoru Mariyat Muxina məlumat verib.
Ənginar sözün əsl mənasında qaraciyəri canlandırır, daha yaxşı işlədir. Hətta bəzi dərmanların tərkibinə də daxildir. Ənginar ödqovucu, hepatoprotektiv (qaraciyəri qoruyur. - Red.) təsirə malikdir, sidik cövhəri, toksinləri, ağır metal duzlarını orqanizmdən çıxarır və azaldır " deyə ekspert qeyd edib.
Onun sözlərinə görə, məhsul xolesistit, xroniki hepatit, böyrək çatışmazlığı, ateroskleroz və piylənmə üçün faydalı olacaq. Qaraciyərin fəaliyyətini yaxşılaşdırmaq üçün sarımsağı da istehlak edə bilərsiniz
Sarımsaq hepatositlərin hüceyrə quruluşunu bərpa edir, çünki tərkibində qaraciyər hüceyrələrinin düzgün işləməsini təmin edən amin turşuları var. O, həmçinin qanı durulaşdırır, qan tədarükünü və bu orqan vasitəsilə qan axını yaxşılaşdırır.