Qaraciyər öz zəhməti və üzərinə düşən vəzifələr baxımından ən vacib orqanlarımızdan biridir.

Ölkə.Az “Sabah” qəzetinə istinadla xəbər verir ki, alkoqol, siqaret və xüsusilə qeyri-sağlam qidalanma nəticəsində zədələnən ağciyərlərimiz müxtəlif xəstəlikləri də özü ilə gətirir.

Ətraflı

Xüsusən də bu gün qeyri-sağlam qidaların və fast foodların geniş yayılması səbəbindən qaraciyər yağlanması şikayəti ilə həkimlərə müraciət edən xəstələrin sayı olduqca çoxdur.
Türkiyəli qastroenterologiya mütəxəssisi, professor Hakan Bozkaya qaraciyər yağlanmasının səbəbləri və atılacaq addımları açıqlayıb.

1. Artıq çəkiniz varsa, qaraciyərinizi mütləq yoxlatdırın! 
Qaraciyər yağlanması riski daşıyanlar artıq çəkidən əziyyət çəkənlərdir. Bundan başqa, diabet xəstələri, sürətlə çəki alan və ya itirənlər, bəzi genetik xəstəlikləri olan insanlar qaraciyər yağlanması riski ilə üz-üzədir.
Ürək-damar sistemlərini və beyin damarlarını da təhdid edən yağlı qaraciyər müalicə olunmasa, siroz, qaraciyər çatışmazlığı və qaraciyər xərçənginə səbəb ola bilər. 

2.  Sağlam və nizamlı qidalanma və fiziki fəaliyyət qaraciyər üçün ən faydalı müalicə formasıdır.

3. Yağlanmanın qarşısını almaq üçün gün ərzində 30 dəqiqə sürətli yeriyin.

4. Ağırlıq qaldırma olan məşqlərlə yanaşı, əzələ məşqləri də edilə bilər.

5. Tərkibində mono doymamış yağ turşuları olan zeytun yağı, balıq və tərəvəzlər istehlak edilməlidir.

6.Qəhvə qaraciyər üçün ən faydalı qidalardandır. Gündəlik 3 fincan qəhvə istehlakı qaraciyər xərçəngi ilə yanaşı, qaraciyər yağlanmasının qarşısının alınmasında da faydalı ola bilər.

7. Ənginar və dəvətikanı bitkiləri də qaraciyər yağlanmasına qarşı olduqca effektivdir.