Qastroenteroloq Daria Utyumova brokoli yeməyin faydalarından danışıb.
Foodinfo.az xəbər verir ki, ekspert Gazeta.Ru-ya müsahibəsində bildirib ki, bu məhsulun 100 qramı C və K vitaminlərinə demək olar ki, bütün gündəlik tələbatı ehtiva edir.
Mütəxəssisin qeyd etdiyi kimi, C vitamini sinir və immun sistemlər üçün faydalıdır, həmçinin daxili sekresiya vəzilərinin fəaliyyətini aktivləşdirir. Bundan əlavə, stresə qarşı müqavimət yaradır.
“Brokolinin tərkibində çoxlu lif də var, ona görə də bədəni doldurur və mədə-bağırsaq traktının fəaliyyətini yaxşılaşdırır. Brokoli həm də lutein mənbəyidir - bu bitki piqmenti gözlərin və kapilyarların sağlamlığı üçün vacibdir”, - deyə qastroenteroloq əalvə edib.
Leyla