Hollandiya alimləri müəyyən ediblər ki, çay və ya qəhvəyə şəkər əlavə etmək insan sağlamlığına zərərli təsir göstərmir.
Foodinfo.az xəbər verir ki, Leyden Universitetinin mütəxəssisləri tərəfindən aparılan araşdırmanın nəticələri "PLOS One" jurnalında dərc olunub.
Tədqiqatçılar 32 il ərzində mütəmadi olaraq müxtəlif miqdarda şəkər əlavə edilmiş isti içkilər içən edən təxminən üç min iştirakçını izləyiblər. Tədqiqatın əvvəlində və sonunda subyektlərin bədən vəziyyətinin müayinəsi aparılıb.
Araşdırmanın nəticələrinə görə, şəkərlə çay içənlər arasında ölüm riski cəmi bir bənd artıb. Bu isə şəkərli içkilərin vaxtından əvvəl ölümə təsiri barədə nəticə çıxarmaq üçün çox kiçik göstəricidir.
Eyni zamanda, tədqiqatçılar çay və qəhvəyə beş qramdan çox şəkər əlavə etməməyi, qazlı və digər şirin içkilərən həddindən artıq çox istifadə etməməyi məsləhət görüblər. Çünki onların tərkibində təxminən 25 qram şəkər var ki, bu da sağlamlığa zərərli təsir göstərir.