Unilever Food Solutions şirkətinin ictimai iaşə müəssisələri ilə iş üzrə direktoru Andrey Kutuzov qidaların saxlanma müddətini uzatmaq üçün dondurulmasını tövsiyə edib.

Foodinfo.az xəbər verir ki, ekspert Life.ru-ya müsahibəsində deyib ki, ət, meyvə və giləmeyvə, eləcə də sərt tərəvəzlər: badımcan, balqabaq, bibər, yerkökü dondurmaq daha yaxşıdır.  

Mütəxəssisin qeyd etdiyi kimi, bütün məhsullar dondurucuya göndərilməməlidir. Tərkibində çoxlu su olan çiy tərəvəz və meyvələr ləzzət və toxumasını itirə bilər.

Bundan əlavə, qidaları, xüsusən də ətin yenidən dondurulması tövsiyə edilmir.

Fərid