Əgər düzgün qidalanmağa öyrəşmisinizsə və ya sadəcə bu sağlam vərdişi əldə etməyi düşünürsünüzsə, o zaman ən sağlam səhər sıyığını hazırlamağa çalışmağı məsləhət görürük. Əlbəttə ki, yulaf əzmesidir. Ancaq Foodinfo.az sadə deyil, balqabaq ilə olan sıyıq reseptini təqdim edir.

Sizə lazım olacaq:

Yulaf əzmesi - 1 stəkan

Balqabaq - 120 q

Süd - 2 stəkan

Duz - 1 çimdik

Kərə yağı - 30 q.

Bişirmə qaydası:

Əvvəlcə balqabağın qabığını soyub, kiçik kub şəklində foğramaq və bir az duzlu suda bişirmək lazımdır.  

10 dəqiqədən sonra üzərinə süd əlavə edin. Daha sonra yulaf əzmasini qazana tökün. Tam bişəndə ​​sıyığı yaxşıca qarışdırın.

Nuş olsun!

Leyla