Qozun tərkibi omega-3 yağ turşuları və E vitamini ilə zəngindir. Foodinfo.az bildirir ki, gündə 4-5 ədəd qoz beyin fəaliyyətini yaxşılaşdırır. Sinir sisteminin möhkəmlənməsinə kömək edir və stressi azaldır. Qoz qanda xolesterolu aşağı salır və ürəyi qoruyur.

Tərkibindəki antioksidantlar hüceyrələri sərbəst radikallardan qoruyur. Mütəxəssislər qozu səhərlər və ya qəlyanaltı zamanı yeməyi tövsiyə edir. Təbii yuxu tənzimləyicisi olan melatonin tərkibinə malikdir. Saçların möhkəmlənməsinə və dərinin elastikliyinə kömək edir.

Qoz orqanizmi təbii şəkildə enerji ilə təmin edir. İdmandan əvvəl qoz yemək güc verir və əzələləri qoruyur. Xüsusilə uşaqların inkişafı üçün faydalıdır. Yeməklərdə və salatlarda istifadə oluna bilər.

Qoz