Zeytun yağı təkcə yeməklərin dadını artırmır, həm də sağlamlıq üçün çox faydalıdır. Foodinfo.az bildirir ki, onun tərkibindəki doymamış yağ turşuları ürək xəstəliklərinin qarşısını alır. Zeytun yağı qanda pis xolesterolu azaldır və damarları qoruyur.

Təbii antiinflamatuar təsiri ilə bədəndəki iltihabı azaldır. Mütəxəssislər səhərlər acqarına 1 xörək qaşığı zeytun yağı qəbul etməyi məsləhət görür. Bu vərdiş həzm sistemini yaxşılaşdırır və qəbizliyi aradan qaldırır. Zeytun yağı yaddaşı gücləndirir və beyin fəaliyyətini aktivləşdirir.

Saç və dəri üçün də faydalı təsirə malikdir. Tərkibindəki E vitamini dərinin elastikliyini artırır. Aralıq dənizi pəhrizinin əsas komponentidir. Həkimlər zeytun yağını salat və isti yeməklərdə istifadə etməyi tövsiyə edir. Hər gün 1-2 qaşıq zeytun yağı istifadə bədənin ümumi tonusunu artırır.