Bədənin sağlamlığını qorumaq və həyat keyfiyyətini yaxşılaşdırmaq üçün ən vacib addımlardan biri sağlam qidalanmaqdır.
Elmi araşdırmalar göstərir ki, yanlış qidalanma vərdişləri bu gün sürətlə artan ürək-damar, diabet və xərçəng kimi xroniki xəstəliklərin əsas səbəblərindən biridir. Ona görə də insanın sağlamlığını qorumaq üçün yeyib-içdiyinə diqqət etməsi çox vacibdir.
Dietoloqlar sağlamlığınız üçün hər gün istehlak etməli olduğunuz 8 qidanı açıqlayıblar.
Foodinfo.az "medicina"ya istinadən həmin qidaları təqdim edir:
1. Ürəyi qorumaq üçün gündə 1 ədəd alma.
2. Ürək və bağırsaq sağlamlığı üçün tam taxıllar (kinoa, bulqur, çovdar, yulaf, qarabaşaq və s.)
3. Sonsuzluğun qarşısını almaq və yorğunluqla mübarizə aparmaq üçün 1 stəkan süd.
4. Beynin yaşlanmasının qarşısını almaq üçün yaşıl yarpaqlı tərəvəzlər
5. Tənəffüs yolları xəstəliklərini və xərçəng riskini azaltmaq üçün 1 ovuc fındıq.
6. Uzun ömür üçün 1 çay qaşığı zeytun yağı.
7. Yaddaşı qüvvətləndirmək və ümumi sağlamlıq üçün multivitamin əlavəsi.
8. Qan təzyiqi və qan şəkərinə nəzarət üçün 1 stəkan qatıq.