Sağlam qidalanma insan orqanizmi üçün zəruri olan bütün qida maddələrini düzgün balansla qəbuludur. Foodinfo.az bildirir ki, təzə meyvə və tərəvəzlər, tam taxıl məhsulları, yağsız proteinlər və sağlam yağlar qidamızın əsasını təşkil etməlidir.

Şəkər, duz və trans yağların miqdarını məhdudlaşdırmaq ürək xəstəlikləri riskini azaldır. Su təlabatını qarşılamaq üçün gündə 8-10 stəkan su içmək tövsiyə olunur. Qida rasionunu kiçik porsiyalarda, lakin tez-tez qəbul etmək məsləhətdir.

Sağlam qidalanma həm fiziki, həm də zehni sağlamlığı yaxşılaşdırır. Düzgün qidalanma ilə orqanizmin immun sistemi güclənir. Hər dəfə qida qəbul edən zaman rəngarəng məhsullar seçmək vitamin və mineral balansını təmin edir.

Fiziki hərəkəti unutmamaq lazımdır. Bir sözlə sağlam qidalanma həyat tərzi halına gətirilməlidir.