Payız ləzzətli tərəvəz və meyvələrin vaxtıdır. Dietoloq Oksana Dmitrenko payız-qış aylarında ucuz başa gələn, lakin müxtəlif məhsulları əvəz edə bilən tərəvəzin adını çəkib.
Balqabaq təsəvvür edə biləcəyiniz ən yaxşı məhsuldur. Allergiya nadir hallarda baş verir. Eyni zamanda, uşaq və pəhriz qidası üçün tövsiyə olunur.
Alimlərin fikrincə, 100 qram balqabağın tərkibində cəmi 26 kkal var. Buna görə qorxmadan həm təzə, həm də bişmiş halda yeyə bilərsiniz.
Ən yaxşısı isə tərəvəzin sağlam vitamin və mikroelementlərlə zəngin olmasıdır. Məsələn, onun tərkibində çoxlu miqdarda: kalium, natrium, kalsium, fosfor, maqnezium, dəmir, sink, yod, flüor, silikon, manqan, kobalt, C, B, B1, PP vitaminləri və s. var
Bir sözlə, payızınızı daha xoş və şən keçirmək istəyirsinizsə, o zaman balqabaq alın.