Stress həyat keyfiyyətini və sağlamlığı ciddi şəkildə zədələyir. Foodinfo.az bildirir ki, bəzi təbii məhsullar kortizol hormonunun səviyyəsini aşağı sala bilir. Qara şokolad az miqdarda qəbul edildikdə beyin fəaliyyətini yaxşılaşdırır və sakitləşdirir. Banan tərkibindəki kalium və B6 vitamini ilə sinir sistemini tənzimləyir.

Yaşıl çay sakitləşdirici təsiri və antioksidantları ilə stresi azaldır. Badam maqnezium sayəsində əzələ gərginliyini aradan qaldırır. Portağal və limon C vitamini ilə orqanizmi enerjiləndirir və əsəb gərginliyini yumşaldır. Kəsmik isə triptofan amin turşusu ilə yuxu hormonunu artırır.

Stress zamanı bu qidaları qəbul etmək əhvalı yaxşılaşdırır. Eyni zamanda, stressə bağlı yüksək təzyiqin qarşısını alır. Ürək ritmini normallaşdırır və yuxu problemlərini azaldır. Gün ərzində bu məhsullardan balanslı istifadə tövsiyə olunur.