İnsanın özünü yaxşı hiss etməsi üçün pəhriz düzgün və balanslı olmalıdır.

Foodinfo.az xəbər verir ki, terapevt İrina Baranova Telegram kanalında mikroelementlərin gündəlik tələbatını almaq üçün həmişə masanın üstündə nə olmalı olduğunu yazıb.

O, bildirib ki, söhbət qızılbalıq, pomidor, mal qaraciyəri, avokado və brokolidən gedir.

Mütəxəssis izah edib ki, pomidorun tərkibində lif və bir çox vitamin var. Bundan əlavə, xərçəng əleyhinə xüsusiyyətlərə malikdirlər. Qaraciyər və avokadoya gəldikdə, bunlar əla antioksidanlardır. Brokoli çox doyurucudur və göz sağlamlığına xeyirdir.

Nurlan