Küncüt toxumlarından hazırlanan tahini bir az acı dada malikdir və xüsusilə İran, Türkiyə və Yaxın Şərq mətbəxində geniş yayılmışdır. 

Foodinfo.az tahinin faydalarını təqdim edir:

Antioksidant və antibakterial xüsusiyyətlərə əlavə olaraq, tahin yüksək miqdarda vitamin və mineral ehtiva edir, immuniteti gücləndirir və bədəni xəstəliklərdən qorumaq üçün bədəndə iltihabın qarşısını alır.

Tərkibində yüksək miqdarda antioksidant olan tahinin ürək xəstəlikləri və insult riskini azaltmaqla yanaşı, xolesterini də salmağa kömək etdiyi bilinir.

Çoxlu doymamış yağ turşuları, zülallar, E vitamini, sesamin, sesamolin və sesamol kimi liqnanlarla zəngin olan tahin insanın yüksək təzyiqini sağlam səviyyəyə çatdırır.

Küncüt toxumlarından əldə edilən tahinin tərkibindəki antioksidanlar beyin sağlamlığını yaxşılaşdırmağa və demans və alzheimer kimi xəstəliklərin əlamətlərini azaltmağa kömək edir.

Onun tərkibində lignanlar adlanan antioksidantlar var ki, bunlar bədəndə sərbəst radikalların zədələnməsinin qarşısını alır və ürək xəstəlikləri və xərçəng kimi bəzi xəstəliklərlə mübarizə aparır.

Tərkibində yüksək maqnezium olan tahin sümük quruluşunun qorunmasına və inkişafına kömək edir.

Tahinin tərkibindəki dəmir qırmızı qan hüceyrələrinin sayının azalması, dəmir çatışmazlığı və yorğunluq ilə xarakterizə olunan anemiyanın qarşısını alır.

Qaraciyər və böyrək funksiyalarını qorumağa kömək edən birləşmələr bədəndən toksinlərin çıxarılmasına da kömək edir. 

Tahin istehsalının əsas tərkib hissələrindən biri olan küncüt toxumlarının tərkibində dəri hüceyrələrinin bərpasına kömək edən və erkən qocalma əlamətlərinin qarşısını alan amin turşuları, E vitamini, B vitamini, minerallar və yağ turşuları var.