Payız fəslinin başlaması və havaların soyuması ilə soyuqdəymə, öskürək, astma kimi tənəffüs yolu xəstəlikləri artır. Dərmanlarla yanaşı təbii üsullarla bu problemləri aradan qaldırmaq və ya qarşısını almaq mümkündür. 

 Foodinfo.az xəbər verir ki, qurudulmuş əncir və zeytun yağı sağlamlığa bir çox faydası olan təbii məhsullardır. Hər ikisi antioksidantlar, vitaminlər və minerallarla zəngindir və immunitet sistemini gücləndirməyə kömək edir. Öskürək və astma simptomlarını aradan qaldırmaq üçün istifadə edildikdə də təsirli olduğu müşahidə edilmişdir.

Qurudulmuş əncir uzun müddət öskürək əlamətlərini aradan qaldırmaq üçün istifadə edilən təbii bir vasitədir. Əncir bəlğəmi təmizləməyə və öskürəyi azaltmağa kömək edən mukolitik təsiri ilə tanınır. O, həmçinin boğazı sakitləşdirir və öskürəkdən yaranan qıcıqlanmanı azaldır. Vitaminlər, zülallar və minerallarla zəngin olan quru əncir və zeytun yağı bir çox insanın problemi olan astma və öskürəyə təsir edir. Zeytun yağının son dərəcə müalicəvi qida olması bu müalicəni daha da qiymətli edir. Yaddaşı da gücləndirən quru əncir və zeytun yağı qarışımının hazırlanması olduqca sadədir.

Kiçik bir bankaya 3 xörək qaşığı zeytun yağı qoyun. 2 ədəd quru ənciri doğrayaraq zeytun yağına əlavə edin. Qarışığı 1 gün saxlayın və səhər acqarına yeyin.

Öskürək və astma xəstələrinə səhər yeməyindən əvvəl təbii və saf zeytun yağı ilə isladılmış 2 ədəd əncir qurusu istehlak edilməsi məsləhət görülür. Bu sadə müalicə ən azı 6 ay ərzində müntəzəm olaraq tətbiq edilməlidir.