Kaju dadlı və qidalı qəlyanaltılardan biridir. Onun sağlamlığa çoxlu möcüzəvi faydaları var. 

Foodinfo.az anakardiyanın sağlamlığa müsbət təsirlərini təqdim edir: 

1. Ürək sağlamlığını dəstəkləyir: Kajunun tərkibində olan oleik turşusu ürək sağlamlığını qorumağa kömək edir və pis xolesterini aşağı salır. Eyni zamanda onun tərkibindəki maqnezium və kalium ürək sağlamlığı üçün vacib minerallardır. 

2. Həzmi tənzimləyir: Tərkibindəki lif həzmi tənzimləyir və bağırsaq sağlamlığını dəstəkləyir. 

3. Antioksidant təsir: Antioksidan xüsusiyyətləri sayəsində bədəni sərbəst radikallardan qoruyur və hüceyrələrin zədələnməsinin qarşısını alır.

4. Sümük sağlamlığını dəstəkləyir: Tərkibindəki maqnezium və fosfor sümük sağlamlığını qorumağa və sümük sıxlığını artırmağa kömək edir.

5. Dəri sağlamlığını gücləndirir: Anakartın tərkibindəki mis və sink dərinin sağlam şəkildə yenilənməsinə kömək edir və yaşlanma əleyhinə təsir göstərir.

Bununla belə, anakardiya digər qoz-fındıq kimi yüksək kalorili məzmuna malik olduğundan, həddindən artıq istehlakdan çəkinmək lazımdır. Sağlam bir pəhriz planında uyğun miqdarda istehlak edildikdə kajudan maksimum fayda əldə edilə bilər.