Ürək xəstəliyindən qaçınmaq üçün həkimlər əsəbi olmamağı, düzgün qidalanma və idmanla məşğul olmağı tövsiyyə edir.
Bütün bunlar doğrudur, lakin sağlam həyata gedən yolu daha birbaşa və daha geniş edəcək bəzi sirlər də var. Yəni, bəzi rituallara və tövsiyələrə əməl etməklə, həyat və sağlamlıq üçün təhlükəli patologiyaların inkişaf risklərini minimuma endirmək olar.


Bu yaxınlarda Yaponiya alimləri bir sıra eksperimentlər aparıb və ürəyə faydalı təsir göstərən məhsul tapıblar. Bu pomidor suyudur.
İçki çoxlu miqdarda faydalı qida maddələrinin olması səbəbindən ürək xəstəliklərinin qarşısını almağın ən yaxşı yolu hesab olunur. Ən çox da pomidor suyunun tərkibində A, C, K vitaminləri, fol turşusu, kalium, həmçinin antioksidan xüsusiyyətlərə malik fenolik turşular var.


Sağlamlığı yaxşılaşdırmaq üçün kardioloqlar gündə 1-2 stəkan pomidor suyu içməyi məsləhət görür. Amma nəzərə almaq lazımdır ki, marketdən alınan və paketdə qablaşdırılan içki bu baxımdan çox güman ki, faydasız olacaq.

Leyla