Britaniya diyetoloqlar assosiasiyası ürəyi möhkəmləndirən və xəstəliklərdən qoruyan 5 növ qida təqdim ediblər. Saglamolun.az sizə bu qidaların siyahısını təqdim edir: 1. Tamdənli bitkilər (qəhvəyi düyü, yulaf yarması, çovdar çorəyi, tamdənli undan hazırlanmış makaron) Mütəxəssislər bu məhsulları hər gün qidalanmaya daxil etməyi tövsiyə edirlər. Bu məhsullar ürək əzələsini daha sağlam və möhkəm edir. 2. Paxlalı bitkilər (lobya, mərci, noxud) Bu bitkilər orqanizmdə xolesterinin səviyyəsini aşağı salır. Xolesterinin orqanimzdə yüksək səviyyədə  olması aterosklrozun əsas səbəblərindən biridir. Ateroskleroz zamanı xolesterin damarların daxilində yığılır, damarları daraldır, zəif və kövrək edir ki, bunun nəticəsində ürək xəstəlikləri və infarktın riski artır. 3. Meyvə və tərəvəzlər Kaliumla zəngin olan meyvə və tərəvəzlər (banan, ərik, kivi, əncir, sitrus meyvələri, avokado, kartof, pomidor, kələm, ispanaq, balqabaq və s.) ürəyin sağlamlığına çox müsbət təsir edir. 4. Balıq Mütəxəssislər sübut edir ki, balığın müntəzəm olaraq istehlakı ürək xəstəlikləri və infarktın riskini xeyli azaldır. Bunun səbəbi balığın omeqa-3 yağlı turşular, B6 və B12 vitaminlərlə zəngin olmasıdır. 5. Qoz-fındıq Bu məhsullar ürəyin ritmini tənzimləyir, aritmiyanın qarşısını alır. Aritmiya infarkt və ürək çatışmazlığının  riskini artırır.