Uzun ömrün sirri bir çox amillərdən asılı olsa da, sağlam qidalanma böyük əhəmiyyət kəsb edir. Son illərdə aparılan araşdırmalar uzunömürlü insanların qidalanma vərdişlərinə diqqət yetirərək hansı qidaların sağlamlıq üçün faydalı olduğunu müəyyən etməyə çalışır. Bu mövzuda aparılan bir araşdırma uzun ömrün sirrinin "üzüm toxumu yağında" gizlənə biləcəyini ortaya qoyub.

Foodinfo.az xəbər verir ki, üzüm çəyirdəyi yağı üzüm toxumundan əldə edilən yağdır və antioksidant xüsusiyyətlərə malikdir. Antioksidantlar bədəni sərbəst radikalların zərərli təsirlərindən qoruyur və yaşlanma əleyhinə xüsusiyyətlərə malikdir. Üzüm çəyirdəyi yağı tərkibindəki yüksək miqdarda antioksidant sayəsində hüceyrələri qoruyur və immunitet sistemini gücləndirir. 

Tərkibində ürək sağlamlığını dəstəkləyən omeqa-3 yağ turşuları da var. Səhər yeməyindən əvvəl 1 qaşıq üzüm çəyirdəyi yağı istehlak etmək bədəninizin gün boyu enerjili və sağlam qalmasına kömək edə bilər.

Bundan əlavə, bu yağın tərkibindəki antioksidantlar hüceyrələri qoruyaraq qocalmanı gecikdirə və xəstəliklərə qarşı müqavimətinizi artıra bilər. Təbii ki, təkcə bu yağı istehlak etmək kifayət deyil. Balanslı və sağlam qidalanma proqramı ilə birlikdə müntəzəm məşq də uzun sağlam həyat üçün çox vacibdir.