Bəzi balıq növləri qanda xolesterinin səviyyəsinə müsbət təsir göstərə bilər.

Foodinfo.az xəbər verir ki, bunu “Journal Of Nutrition” jurnalında dərc olunan araşdırma sübut edir.

Biz qızılbalıqdan danışırıq. O, vitaminlər, minerallar, omeqa-3 yağ turşuları ilə zəngindir ki, bu da ürək-damar xəstəlikləri riskini azaltmaqla yanaşı, yeni bir araşdırmada göstərildiyi kimi qanda xolesterinin səviyyəsini aşağı sala bilər.

Kolorado Universitetinin Anşutz Tibb Kampusunun alimləri 30-69 yaş arası, artıq çəki və ya piylənmə olan 41 iştirakçı üzərində araşdırma aparıblar. Onlar Aralıq dənizi pəhrizinə riayət etdilər və həftədə iki porsiya qızılbalıq yedilər.

Nəticələr göstərdi ki, balıq qanda xolesterinin səviyyəsini yaxşılaşdırır.

Leyla