Ümumiyyətlə bir çox müalicələr həm acı, həm də əziyyətli ola bilər. Elə müalicələr də vardır ki, həm faydalı olur, həm də ləzzətli. Məhz, bu kokteyl ləzzətlilər qrupuna aiddir.
HAZIRLANMASI:
Hazırlanma qaydası da sadədir: 3-4 ədəd İran xurmasının qabığı soyulur, tumları çıxardılır, 1 stəkan yağlı südün içinə əlavə olunub, blenderlə qarışdırılır. 1 çay qaşığı xamanı qarışığa əlavə etsəniz daha dadlı olar. Bu kokteyli gündə 1-2 stəkan içə bilərsiniz.
FAYDALARI
Xurmanın tərkibindəki bütün minerallar və vitaminlər südün tərkibinə keçir, böyüyən uşaqlar və yaşlılar üçün əvəzolunmaz dərəcədə faydalıdır. Beyin qan dövranını yaxşılaşdırır, diqqəti itiləndirir, yaddaşsızlığın müalicəsində istifadə edilir, gözləri olduqca işıqlandırır. Əzələ qıcolmalarında çox xeyirlidir, sümük əriməsindən əziyyət çəkənlər (əsasən klimakterik dövr keçirən xanımlarda sümük ərimələri çox olur), oynaq ağrılarından əziyyət çəkənlər üçün faydalıdır, damarları təmizləyir, qaraciyər və öd üçün faydalıdır. Hepatitdən əziyyət çəkənlər üçün faydalıdır, qəbizlik və babasil müalicəsində istifadə etmək olar. İmmun sistemini gücləndirir, gümrahlıq gətirir, cinsi istəyi artırır. Zaman-zaman istifadə olunduqda dərini parladır, qurdqovuçu təsiri vardır, əsəbləri gərgin olanlar üçün də faydalıdır. Həmişə içilə bilən bir içkidir, axşam yatmazdan əvvəl qəbul etdikdə yuxunu dərinləşdirir. (Faktxeber.com)