Diyetoloq Maykl Mosli az yağlı süd məhsullarının təhlükəli olduğunu iddia edib.
Publika.az xəbər verir ki, bu barədə "Daily Mirror" məlumat yayıb. Ekspert qeyd edib ki, bir çox insan az yağlı qidaların faydalı və daha az kalorili olduğuna inanır. Əslində isə qidalanma mütəxəssisi izah edib ki, bu məhsullar emal zamanı bədən üçün demək olar ki, bütün faydalı xüsusiyyətlərini itirirlər və arıqlamağa heç bir şəkildə kömək etmirlər. Sağlamlığına və bədən quruluşuna önəm verənlərə Mosley müntəzəm olaraq yağ faizi yüksək olan süd məhsullarını almağı tövsiyə edib.
“Onların tərkibində Omeqa-3, yüksək miqdarda protein, vitamin B12 və yod kimi daha çox vacib yağ turşuları var. Bu maddələr koqnitiv zəifləyini ləngidir, narahatlığı, depressiyanı azaldır və maddələr mübadiləsini yaxşılaşdırır”, - diyetoloq bildirib.
Mosli əlavə edib ki, artıq çəki ilə mübarizə aparmaq üçün yağlı süddən deyil, çox yağlı və qızardılmış ətdən imtina etmək daha effektivdir. O, balıq və toyuq kimi yağsız ətlərin də uzun müddət toxluq hissi verdiyini, eyni zamanda sağlamlığınızı qoruduğunu və çəkinizi stabil saxlamağa kömək etdiyini vurğulayıb.