Limon, soğan və sarımsaq yeməkləri ürək-damar sistemi üçün daha sağlam edə bilər. Foodinfo.az əbər verir ki, bu məhsulların tərkibində B və C vitaminləri, selen, fosfor və digər faydalı maddələr var.

Bu əlavələrin xüsusilə yüksək təzyiq və ya böyrək problemlərindən əziyyət çəkən insanlar üçün faydalı olacağı qeyd edilir. Bundan əlavə, soğan, sarımsaq və limonun daha bir vacib xüsusiyyəti var - onlar pəhrizdə duzun miqdarını azaltmağa kömək edir.