Zəiflik və yorğunluq hissi təkcə fiziki fəaliyyətə mane olmur, həm də insana psixoloji təsir göstərir. Bu yorğunluğu aradan qaldırmaq üçün fındıq istehlakı mükəmməl bir seçimdir.
Foodinfo.az-ın məlumatına görə, müntəzəm olaraq fındıq istehlakı fiziki və zehni yorğunluğun qarşısını alır. Bununla yanaşı, ümumi sağlamlıq üçün də çox faydalı bir qidadır. Gündə yalnız 7 fındıq yemək yorğunluğu aradan qaldırmağa qadirdir.
Fındığın tərkibindəki maqnezium kalsiumun bədənə daxil olub çıxma sürətini tənzimləməkdə rol oynayır. Maqnezium əzələ gərginliyini azaltmağa kömək edir və əzələ yorğunluğunun, krampların, ağrıların və spazmların qarşısını alır.
Bu meyvədə protonocyanidins, keemferol və quercetin adlı fitokimyəvi maddələr var. Bu maddələr flavonoidlərə aiddir. Flavonoidlər beyin sağlamlığını dəstəkləməkdə çox təsirlidir.
Tərkibindəki izolozin və triptofan amin turşuları sayəsində insanın özünü daha yaxşı hiss etməsinə kömək edir.
Fındıq xərçəng hüceyrələrinin inkişafına səbəb olan faktorları aradan qaldırır. Bədəndəki pis hüceyrələri məhv edərək xərçəng riskini azaltmağa kömək edir. Onun tərkibindəki beta-sitosterol adlı birləşmə prostat və döş xərçəngi riskini azaltmağa yardımçı olur.
Tərkibindəki dəmir, selenium, maqnezium, kalium, mis, fosfor və sink kimi minerallar ürək sağlamlığının qorunmasında böyük rol oynayır. Müntəzəm olaraq fındıq yemək xolesterolu 27 faiz azaldır. Araşdırmalar göstərir ki, müntəzəm olaraq fındıq istehlak edən insanlarda infarktdan ölüm ehtimalı çox azdır. Həmçinin tərkibində ürək sağlamlığını qoruyan sağlam yağlar var. Oleik turşusu adlı maddə sayəsində pis xolesterinin (LDL) səviyyəsini azaltmağa, yaxşı xolesterinin (HDL) səviyyəsini artırmağa kömək edir.
Fındığın tərkibindəki E vitamini qırmızı qan hüceyrələrinin parçalanmasının qarşısını alır, beləliklə anemiya riskini də azaldır.
Bədəndə düzgün qan dövranı soyuqdəymə, qızdırma və digər xəstəliklər ehtimalını azaltmağa kömək edərək immunitet sistemini gücləndirir.
Tərkibindəki B6 vitamini sayəsində sinir sisteminin düzgün işləməsini təmin edir və miyelin adlı sinir qabığının əmələ gəlməsi üçün şərait yaradır. B6 vitamini sayəsində sinir sisteminin sağlam işləməsinə kömək edən melatonin, serotonin və epinefrin adlı hormonların ifrazına kömək edir.
American Journal of Clinical Nutrition-da dərc edilən bir araşdırmaya görə, müntəzəm olaraq fındıq istehlak edən şəkərli diabet xəstələrinin şəkərsiz insanlara nisbətən qan yağ səviyyəsinin daha aşağı olduğu müşahidə edilmişdir. Fındığın tərkibindəki zülal, lif və yüksək yağ tərkibi toxluq hissini artırır. Beləliklə, həddindən artıq yemək və yüksək kalorili qəbulunun qarşısını alır.