Yüksəlmiş qan təzyiqi – insanı ölümə aparan birinci səbəblərdən biridir.
Yüksək təzyiqdə düzgün qidalanma, vaxtında dərmanları qəbul etmək şərtdir. Lakin kimyəvi dərmanların yan təsirləri də çoxdur.
Ən təhlükəsiz yol təbiətin bəxş etdiyi dərmanlardır. Bunlar otlar, bitkilər, toxumlardır.
Foodinfo.az Medicina.az-a istinadən təzyiq xəstələri üçün dərman qədər təsirli 7 bitkini təqdim edir:
Reyhan – kalsiy kanallarını blok edir, təzyiqi salır, damarları rahatladır.
Cəfəri – tərkibindəki karotinoid antoiksidantlar xolesterini azaldır, aşağı və yuxarı təzyiq göstəricilərini qaydaya salır, damarları genişləndirir.
Kərəviz kökü və toxumu – dəmir, marqans, maqniy, kaliylə zəngindir. Təzyiqi saldığı sübut olunub. O, təbii blokatordur.
- Sarımsaq – qan dövranını yaxşılaşdırır, damarları təmizləyir, təzyiqi 5,5 civə sütunu mm salır.
Bu da bəzi təzyiq dərmanlarının təsiri ilə eynidir.
- Darçın – damarları genişləndirir, şəkəri salır, şəkərə bağlı olaraq təzyiqi də salır. Bunun üçün darçın 12 həftə qəbul edilməlidir. Sutkalıq miqdar 300-500 mq-dır. Onu içkilərə, qidalara əlavə edə bilərsiz.
 
- Zəncəfil – qədim təbabətin universal dərmanıdır. Təbii bloklayıcı və ingibotordur. Ürək-damar iltihabını azaldır. Alimlər hesablayıb ki, gündə 2-3 qram müntəzəm olaraq hər hansı bir formada zəncəfil qəbul edən şəxsdə yüksək təzyiq olmur.
 
Kəklikotu - ətirli bitki qanda iltihabı azaldır, qan dövranını yaxşılaşdırır, təzyiqi salır. APF fermentini bloklayır. Xolesterini, triqliseridləri azaldır.