Dietoloq və reabilitasiya mütəxəssisi Olqa Perevalova zərərli qidalara olan həvəsin səbəblərini açıqlayıb.

Mütəxəssis qeyd etdiyi kimi, bu yolla orqanizm pəhrizdə müəyyən maddələrin çatışmazlığından xəbər verir.

Foodinfo.az xəbər verir ki, ekspert Radio Spunik-ə müsahibəsində bildirib ki, hazır əriştə, hamburger, köftə və ya digər yarımfabrikatlar alırıq. Bilirik ki, kimyəvi maddələr, ləzzət artırıcılar, əlavə yağlar, trans yağlar, şəkər, duzla doludur, lakin biz onu yeyirik.

Şokolad həvəsi B6 vitamini çatışmazlığından xəbər verir. Əgər duzlu bir şey istəyirsinizsə, bu, kifayət qədər natrium və ya xlor olmadığını göstərir.

“Əgər trans yağları istəyirsinizsə, bu, bədəninizdə kifayət qədər yaxşı, yüksək keyfiyyətli yağın olmaması deməkdir. Bu təzə kərə yağı və bitki yağı A, D və E vitaminlərinin mənbəyidir”, - Perevalova bildirib.

Fərid