"1 mart - Ümumdünya Mülki Müdafiə Günü" münasibətilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) maarifləndirici tədbir keçirilib. Tədbirdə FHN-in əməkdaşları ilə yanaşı, AQTİ-nin müxtəlif departamentlərinin mütəxəssisləri də iştirak ediblər.
Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, tədbir iştirakçıları çıxışlarında bu günün əhəmiyyətindən və mülki müdafiənin məqsədindən bəhs edərək bildiriblər ki, Beynəlxalq Mülki Müdafiə Təşkilatının qərarı ilə 1972-ci ildən etibarən hər il 1 mart bu təşkilata üzv olan ölkələrdə “Ümumdünya Mülki Müdafiə Günü” kimi qeyd edilir. Azərbaycan da 1993-cü ildən bu nüfuzlu beynəlxalq təşkilatın üzvüdür. Nəzərə çatdırılıb ki, Ümumdünya Mülki Müdafiə Gününün hər il qeyd olunmasında əsas məqsəd ictimaiyyətin diqqətinin mülki müdafiə işinin təşkili məsələlərinə cəlb etməkdir.
Tədbirdə FHN-in mülki müdafiə sahəsindəki fəaliyyətindən, eləcə də fövqəladə hadisələr zamanı davranış qaydalarından bəhs edən videoçarxlar da nümayiş etdirilib.
[gallery ids="45019,45020"]
Son xəbərlər
- Bu məhsulu qışda ürək və qan damarlarının sağlamlığı üçün yemək lazımdır
- Hazır şorbalar ilə heç vaxt bu səhvlərə yol verməyin
- Axşam yeməyi üçün ən pis içkilər
- Bitki yağı nümunəsinin müayinəsi üzrə keçirilən laboratoriyalararası səriştəlilik sınağının nəticəsi məlum olub
- Turş naringiləri 30 saniyə ərzində necə şirinə çevirmək olar?
- Pendirin ən sağlam növləri hansılardır?