
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına
162 yeni yoluxma faktı qeydə alınıb,
133 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə Foodinfo.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış
1 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə
39 686 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan
37 255 nəfər müalicə olunaraq sağalıb,
581 nəfər vəfat edib, aktiv xəstə sayı
1 850 olub.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar
7 618, bu günə qədər isə ümumilikdə
1 080 873 test icra olunub.