Reproduktoloq Pavel Bazanov həm kişilərdə, həm də qadınlarda reproduktiv funksiyanın azalmağa başladığı yaş dövrünü açıqlayıb.  Foodinfo.az xəbər verir ki, ekspert bu barədə “Вечерней Москвой” nəşrinə danışıb. O vurğulayıb ki, 40 yaşdan sonra ilk dəfə valideyn olan cütlüklərin sayı son illərdə artmaqdadır. “Tibb nöqteyi-nəzərindən qadınlarda reproduktiv funksiyanın pik həddi 44, kişilərdə isə 55-57 yaşda olur. Sonra kişi və qadın cinsiyyət hüceyrələrinin keyfiyyəti aşağı düşməyə başlayır. Odur ki, 50 yaşdan sonra uşaq dünyaya gətirmək kifayət qədər problemli olur”, - deyə Bazanov qeyd edib.