60 yaşdan sonra insanlar xroniki xəstəliklərdən daha çox əziyyət çəkir. Onlar daha fərqli rasiona keçməlidir.
 
 Foodinfo.az xəbər verir ki, həkim dietoloq Mariyat Muxina yaşlı insanlara qadağan olunan qidaları açıqlayıb.
"60 yaşa çatdınsa yüksək qlikemik indeksli qidalar artıq süfrədən götürülməlidir. Şəkəri təzyiqi qaldıran bütün ərzaqlar siyahıya alınmalıdır.
50 yaşdan sonra bütün genetik kodlu xəstəliklər aktivləşə bilir, qəfildən II tip şəkərıi diaabet yaranır. Çünki mədəaltı vəz tükənmiş olur və işinin öhdəsindən yaxşı gəlmir.
60 yaşdan yuxarı insana şirin meyvələr - yemiş, əncir, ərik, üzüm olmaz.
100 qram belə meyvədə 10 qaşıq şəkər var.
ELəcə də asan həll olan karbohidratlar - un, çörək, makaron, ağ düyü yeyilməməlidir.
60 yaşdan sonra bütün qidaların emal olunmamış, yabanı, şəkərsiz olanı seçilməlidir".