Amerika Birləşmiş Ştatlarının (ABŞ) əhalisinin orta yaş həddi sürətlə artır.
"Report"un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Siyahıyaalma Bürosunun məlumat yayıb.
Məlumatda qeyd olunur ki, ölkə əhalisinin orta yaşı həddi tarixin ən yüksək səviyyəsinə çatıb.
Büronun statistik göstəricilərində qeyd edilir ki, ABŞ əhalisi getdikcə qocalır və ölkənin orta yaşı son iki ildə 0,2 il artaraq 38,9 yaşa çatib. Son illər ölkənin heç bir ştatının əhalisinin orta yaşında azalma müşahidə olunmayıb.
Orta yaş həddi ən yüksək olan ştatlara Men (44,8) və Nyu-Hempşir(43,3) başçılıq edir.
Bununla yanaşı, ötən illərlə müqayisədə ölkədə uşaq sahibi olmayan ailələrin də sayı artıb. Belə ki, son iki onillikdə doğum nisbətləri tədricən azalıb. Ekspertlərin fikrincə, sürətlə artan gənc əhali olmasa, ABŞ-də orta yaşın yüksəlişini davam etdirəcək.