Kartof dünyanın ən çox istifadə olunan tərəvəzlərindən biridir. Lakin onun yaşıl rəng almış hissələrinin istehlakı ilə bağlı xəbərdarlıqlar tez-tez səsləndirilir.

Foodinfo.az Mayo Clinic saytına istinadla xəbər verir ki, kartof işıq altında qaldıqda yaşıl rəng ala və solanin adlı maddə toplaya bilər. Bu maddənin yüksək miqdarı insan sağlamlığı üçün arzuolunmaz hesab olunur.

Amerikalı dietoloq Katherine Zeratsky bildirir ki, yaşıl hissələr və cücərtilər mütləq təmizlənməlidir. Onun sözlərinə görə, kartofun düzgün saxlanılması bu problemin qarşısını almağa kömək edir.

Ekspertlər kartofun qaranlıq və sərin yerdə saxlanılmasını, yaşıl rəng almış hissələrin isə istifadə edilməməsini tövsiyə edirlər.