London Kral Kollecinin professoru Böyük Britaniyada 80 000 insan arasında araşdırma apararaq, gecə yemıəyin nə vaxt zərərli olmadığını öyrənib.

Foodinfo.az-ın Rusiya mətbuatına istinadla məlumatına görə, ilkin məlumatlar göstərir ki, bəzi insanlar axşam saat 21:30-da axşam yeməyi yeyə və yenə də sağlam ola və çəki problemlərindən qaça bilər.

Əsas odur ki, səhər yeməyi ertəsi gün də gec, ideal olaraq saat 11:30 və ya daha gec olsun. Bu, maddələr mübadiləsi üçün faydalı olduğu bilinən 14 saatlıq oruc pəncərəsinə nail olmaq üçün lazımdır.

Nərmin