Almaniya gömrükçüləri Belçika ilə sərhəddə qızardılmış yarasaların olduğu bağlamanı ələ keçiriblər. Foodinfo.az xəbər verir ki, yarasaları dondurulmuş balıqların altında gizlədərək keçirməyə cəhd ediblər.
Yarasaları daşıyan avtomobilin sərhəddəki Axen şəhərinin yaxınlığında saxlandığını bildirilib. Gömrükçülər yükə baxış zamanı dondurulmuş balıq qatının altında bişmiş məməlilər aşkar ediblər. Hadisə yerinə gələn əməkdaşlar yükü müsadirə ediblər.
Sürücü 31 yaşlı Kot-d’İvuar vətəndaşı olub.