Aloe vera zanbaq fəsiləsindən olan kaktusa bənzəyən bir bitkidir və araşdırmalar nəticəsində bir çox faydası sübut edilmişdir. Aloe Vera bitkisinin populyarlığı qədim zamanlardan bu günə qədər davam edir. Bir çox dərman müalicələrində, o cümlədən kosmetik məhsullarda istifadə olunan aloe vera bitkisi daha çox isti ərazilərdə bitir. 

Aloe vera bitkisi iki şəkildə istifadə olunur. Onlardan biri ağızdan, digəri isə dəriyə tətbiq olunaraq. 

 Foodinfo.az bu yazıda aloe vera bitkisinin faydalarını təqdim edir:

Aloe vera həzm sistemini gücləndirir.

Mədə xəstəliklərini minimuma endirir.

Dəridə kompres əsaslı müalicə elementinə çevrilən bu bitki köhnəlmiş hüceyrələri yeniləyərkən təmir və nəmləndirmə üçün istifadə edilir.

Dəriyə aloe vera yağı və ya aloe vera sabunu tətbiq edildikdə, xüsusilə quru dərilərdə ümumi qabıqlanma və qızartı problemlərinin sağalmasına kömək edir.

Günəş şüalarının zərərli təsirindən yaranan yanıqlar, dəri iltihabları aloe vera komponentlərinin köməyi ilə müalicə olunur.

Kolon xərçəngi riskini azaldır.

Bağırsaq xəstəliklərinin müalicəsində istifadə olunur.

Bağırsaq göbələklərini aradan qaldırır.

Böyrəkləri xəstəliklərdən qoruyan təsirə malik olan aloe vera orqanizmdə fermentləri saxlamaq qabiliyyətinə malikdir.

İnfeksiyanın əmələ gəlməsinin qarşısını alır.

Maddələr mübadiləsini sürətləndirir.

Aloe vera sızanaqları müalicə etmək üçün istifadə olunur.

Günəş yanığı üçün faydalıdır. Antioksidant xüsusiyyətləri sayəsində dəri yanıqlarını tez müalicə edir.

Dərinin qocalmasının qarşısını alır.

Aloe vera bitkisi ilkin mərhələdə xərçəng şişlərinin yaranmasının qarşısını ala bilər.

Xolesterol səviyyəsini tarazlıqda saxlayır.

Ürək-damar sağlamlığı üçün faydalıdır.

Qan dövranını sürətləndirir və damarların tıxanmasının qarşısını alır.

Aloe vera gel və sabunu kiçik dəri allergiyasını müalicə edir.

Aloe vera depressiya və psixi pozğunluqlara səbəb olan problemləri aradan qaldıra bilər.

Aloe vera bitkisi radiasiyanın təsirini azaldır.

Aloe vera antimikrobiyal xüsusiyyətlərə malikdir.

Bədəndə mineralları və vitaminləri saxlayır.

Şəkərli diabet üçün faydalı olduğu müşahidə edilmişdir.

Aloe vera geli həşərat dişləmələrinə qarşı faydalıdır.

Aloe vera kremi sızanaqları aradan qaldırmağa kömək edir.

Ekzema və sedef xəstəliyinə yaxşı gəlir.

Aloe vera bitkisini qaynadıb içdikdə astma xəstəliyinin təsirini azaldır.

Aloe vera suyu ilə göz iltihablarını aradan qaldırır.

Aloe vera geli və ya aloe vera kremi donma nəticəsində yaranan toxuma zədələnməsi üçün faydalıdır.

Alma ilə qəbul edilən aloe vera şirəsi işlətmə kimi fəaliyyət göstərir.