Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin və Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nümayəndələri arasında görüş keçirilib.
Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, tədbirdə rəqəmsal transformasiya sahəsində fikir mübadiləsi aparılıb. Agentliyin müasir telekommunikasiya və rəqəmsal arxitektura quruculuğunun idarə olunması, eləcə də müxtəlif sahələrdə rəqəmsal xidmətlər və həllər üzrə platformanın inkişaf etdirilməsi sahəsində işlərin effektiv əlaqələndirilməsi, strateji yol xəritəsi, növbəti planlar barədə məlumat mübadiləsi aparılıb.
Sonda qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
[gallery ids="50197,50198"]