Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Vətən müharibəsində iştirak etmiş, eləcə də ailə üzvləri şəhid və qazi olmuş əməkdaşları ilə 8 Noyabr-Zəfər Günü münasibətilə görüş təşkil edilib.
Foodinfo.az xəbər verir ki, Agentliyin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçirilən görüşün iştirakçıları əvvəlcə II Şəhidlər xiyabanını ziyarət ediblər. Onlar ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olan qəhrəmanlarımızın xatirəsini yad edib, məzarları üzərinə gül dəstələri düzüblər.
Daha sonra təşkil olunan görüşdə əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra II Qarabağ müharibəsində Azərbaycan ordusunun şücaətini əks etdirən videoçarx nümayiş olunub.
Görüşdə çıxış edən AQTA sədri Qoşqar Təhməzli Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində düşmənə vurulan ağır zərbədən və Zəfər Gününün əhəmiyyətindən danışıb. II Qarabağ müharibəsində qazanılan qələbənin tarixə qızıl hərflərlə yazıldığını vurğulayıb. AQTA sədri zəfər yolunda şəhid olan qəhrəmanlarımızın ailələrinin, eləcə də qazilərin və veteranların daim dövlətin xüsusi diqqət və qayğısı ilə əhatə olunduğunu önə çəkib. Göstərilən diqqətin və bu istiqamətdə həyata keçirilən tədbirlərin dövlət siyasətində prioritet təşkil etdiyini diqqətə çatdırıb.
Həmçinin Q.Təhməzli Agentliyin Vətən müharibəsində iştirak etmiş, eləcə də ailə üzvləri şəhid və qazi olmuş əməkdaşlarına göstərilən xüsusi diqqət və qayğının gələcəkdə də davam etdiriləcəyini vurğulayıb.
Sonra AQTA-nın II Qarabağ müharibəsində iştirak etmiş, eləcə də ailə üzvləri şəhid və qazi olmuş əməkdaşlarına qiymətli hədiyyələr təqdim olunub.
Agentliyin Vətən müharibəsində iştirak etmiş, eləcə də ailə üzvləri şəhid və qazi olmuş əməkdaşları onlara göstərilən diqqət və qayğıya görə təşəkkür ediblər.
[gallery ids="51484,51485,51486,51487,51481"]
Son xəbərlər
- Hansı göyərtilər daha çox faydalıdır?
- Yemək zamanı qəhvə və çay içmək olarmı?
- Bu qida ürək və qan damarlarının optimal işləməsinə kömək edir
- Yeməyi soyuducuda necə düzgün saxlamaq olar?
- Bu iki məhsul qan damarlarını gücləndirəcək, qocalığı gecikdirəcək
- Gündə iki qramı belə orqanizmi məhv edir