Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və İsrail Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizəsi və Təftiş Xidmətlərinin nümayəndə heyətləri arasında görüş keçirilib.
Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, görüşdə İsrail nümayəndə heyətinə Agentliyin fəaliyyət istiqamətləri, fitosanitar karantin tələbləri, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, fitosanitar karantin nəzarətində olan məhsulların ölkəmizə idxalı prosedurları, mövcud elektron sistem haqqında geniş məlumat verilib. Qida sahəsində idxal potensialı olan məhsulların ixrac imkanlarının nəzərdən keçirilməsi və bu sahədə hər iki ölkənin mövcud idxal tələblərinin öyrənilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Sonda İsrailin Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti Azərbaycanda kənd təsərrüfatı və qida məhsullarının təhlükəsizliyi sahəsində reallaşdırılacaq layihələrdə iştirak etməyə hazır olduqlarını ifadə ediblər.