Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) respublika ərazisində karantin obyekti olan zərərli orqanizmlərin yayılmasının qarşısının alınması və mübarizə tədbirlərinin təşkili məqsədilə fitosanitar monitorinqləri davam etdirir. Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsinin əməkdaşları tərəfindən Milli Monitorinq Planı çərçivəsində parklarda, yolkənarı yaşıllıqlarda, bağlarda və istixanalarda növbəti fitosanitar müşahidələr aparılıb. Monitorinqlər zamanı karantin tətbiq edilməyən zərərli orqanizmlərdən müxtəlif çanaqlı yastıca növlərinə və qəhvəyi mərmər taxtabiti  (Holyomorpha halys) xəstəliyinin simptomlarına rast gəlinib. Simptomlu bitki hissələrindən laborator müayinələrə cəlb edilməsi məqsədilə nümunələr götürülüb. Həmçinin parklarda, yolkənarı yaşıllıqlarda, bağlarda və istixanalarda qəhvəyi mərmər taxtabiti  (Holyomorpha halys), qərb çiçək tripsi (Frankliniella occidentalis), şaftalı meyvəyeyəni (Carposina niponensi), pomidor lağımlayıcı güvəsinin (Tuta Absoluta), taxıl məhsulu saxlanılan anbarlarda isə Kapr böcəyi zərərvericisinin mövcudluğunu müəyyənləşdirmək məqsədilə feromon tələlər asılıb. Monitorinqlər zamanı təsərrüfat sahiblərinə pestisidlərlə işləyən zaman preparatların tətbiq reqlamentinin gözlənilməsi və təhlükəsizlik qaydalarına əməl edilməsi istiqamətində tövsiyələr verilib. [gallery ids="49098,49099"]