"Azərbaycan hələ ki ərzaq qıtlığı ilə üz-üzə deyil". Foodinfo.az-ın məlumatına görə, bunu AQTA-nın Heyvan sağlamlığı şöbəsinin müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev deyib. Onun sözlərinə görə, heyvan kəsimi mədəniyyəti formalaşdırılmalıdır: "Prosesə heyvan kəsimi ilə məşğul olan sahibkarlıq subyektləri də dəstək olmalıdır. Əhali də nöqsanlara qarşı mübarizə üsulu seçməlidir. Nəzərə almaq lazımdır ki, dünyada ərzaq qıtlığı təhlükəsi var. Buna iqlim dəyişiklikləri də öz təsirini göstərir. Bunun təzahürləri 150 il ərzində özünü büruzə verəcək". Şöbə müdiri həmçinin bildirib ki, yoluxucu xəstəliklərin 60 faizi heyvan mənşəlidir: "Bioloji silah kimi istifadə olunan törədicilərin 82 faizini heyvan mənşəli olanlar təşkil edir. Ət və süd məhsulları xəstəlikyayma baxımından əlverişli vasitədir".