"Bir daha vətəndaşları, heyvan kəsimi və satışı ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə, kəsim və satışı yalnız müəyyənləşdirilmiş yerlərdə həyata keçirməyə çağırırıq". Foodinfo.az-ın xəbərinə görə, bunu AQTA-nın mətbuat katibi Aysel Fərziyeva brifinqdə deyib. "Bayram günlərində satış üçün nəzərdə tutulan heyvanların sağlamlığı şübhə doğurduqda, eyni zamanda qanunvericiliyin tələblərinə məhəl qoyulmadan küçə və yol kənarlarında antisanitar şəraitdə heyvan kəsimi və satışı hallarına rast gəldikdə, vətəndaşlardan hüquq-mühafizə və yerli icra orqanlarına, o cümlədən Agentliyin “1003 − Çağrı Mərkəzi”nə müraciət etməsi xahiş olunur", - o, əlavə edib. AQTA sözçüsü bildirib ki, AQTA-nın 400 dən çox əməkdaşı Qurban bayramı günlərində kəsim və satış məntəqələrinə cəlb ediləcək: "Səhiyyə Nazirliyinin aidiyyəti qurumları tərəfindən dezinfeksiya işlərinin vaxtında həyata keçirilməsi, tullantıların daşınmasına nəzarət həyata keçiriləcək.