Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) respublika ərazisində karantin obyekti olan zərərli orqanizmlərin yayılmasının qarşısının alınması və mübarizə tədbirlərinin təşkili məqsədilə maarifləndirici görüşləri davam etdirir. Foodinfo.az-ın məlumatına görə, Agentlik əməkdaşları tərəfindən Salyan rayonunda pambıq əkini aparan sahibkarlarla pestisidlərdən istifadə zamanı təhlükəsizlik tədbirləri ilə bağlı növbəti maarifləndirici görüş keçirilib. Görüşdə “Pestisidlərdən istifadə zamanı təhlükəsizlik və şəxsi gigiyena qaydalarına dair” təlimatın müddəaları, pestisidlərin tətbiqi reqlamenti, zəhərlənmə hallarında ilk yardım haqqında məlumatlar iştirakçıların diqqətinə çatdırılıb. Eyni zamanda texniki təhlükəsizlik və tətbiq olunma təlimatına düzgün riayət edilmədikdə istifadə olunan pestisidlərin ətraf mühit və insan sağlamlığına mənfi təsiri barədə geniş məlumat verilib. Həmçinin bildirilib ki, pestisidlərlə işlədikdən sonra boşalmış taraları ətrafa atmamalı, təkrar istifadə üçün yararsız hala salınmaqla xüsusi ayrılmış anbarda saxlanılmalı və zəhərsizləşdirilməsi üçün aidiyyəti quruma təhvil verilməlidir. Tədbirdə iştirakçılara Agentlik tərəfindən hazırlanmış “Pestisidlərlə işləyən zaman təhlükəsizlik qaydaları”na dair çap materialları paylanılıb, onları maraqlandıran suallar cavablandırılıb. [gallery ids="49642,49643"]