Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi (AQTA) və Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlığa dair görüş keçirilib.
Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya çərçivəsində qurumlar arasında əməkdaşlığın davam etdirilməsi istiqamətləri müzakirə olunub.
Görüş nəticəsində hər iki qurum imzalanmış ikitərəfli sənədlər üzrə əməkdaşlığı davam etdirmək, hazırlanmaqda olan sənəd layihələrinin razılaşdırılması üzrə işləri sürətləndirmək, heyvan xəstəliklərindən azad zonaların yaradılması, onların diaqnostikası və baytarlıq nəzarətinin təşkili, sərhədyanı ərazilərdə immun zonanın yaradılması üçün epizootik tədbirlər sahəsində məsləhətləşmələr və təcrübə mübadiləsi aparmaq, baytarlıqda istifadə üçün dərman vasitələrinin hazırlanması, Azərbaycanın Qida Təhlükəsizliyi İnstitutu ilə Ümumrusiya Bitki Karantini Mərkəzi (VNİİKR), Heyvan və Bitkilərin Fundamental və Tətbiqi Parazitologiyası Ümumrusiya Elmi-Tədqiqat İnstitutu (VNIIP) arasında əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər.
Son xəbərlər
- Xiyar tərəvəzdir yoxsa meyvə?
- Həkim xurmanın ölümcül təhlükəsi barədə xəbərdarlıq edib
- Arıqlamaq və 20 il daha uzun yaşamaq üçün ideal səhər yeməyi
- Dostlarının yemək qalıqlarını yemədiyi üçün sevgilisindən ayrıldı
- 15 il ərzində hər gün eyni şeyi yeyir - SƏBƏB
- Mükəmməl şorbanın düsturu məlum oldu