Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) baytar həkim ixtisası üzrə peşəkar kadrları Mərkəzi Baytarlıq Laboratoriyasının Qax Regional Bölməsində işə dəvət edir.
Foodinfo.az-ın məlumatına görə, namizədlərdən baytar həkim ixtisası üzrə ali təhsil və iş təcrübəsi tələb olunur. Laboratoriya sahəsində azı 3 illik iş təcrübəsi olanlara üstünlük veriləcək. Bundan başqa, namizədlər AZS ISO/IEC 17025 standartının şərtlərini bilməlidirlər. Müraciət edənlərdən yüksək analitik düşünmə və analiz qabiliyyətinin olması, dəqiqlik və dürüstlük, komanda ilə işləmə bacarığı və təşəbbüskarlıq tələb olunur. Həmçinin idarəetmə bacarığına sahib olmalıdırlar.
İşə qəbul müsahibə əsasında aparılacaqdır. Qeyd olunan tələblərə cavab verən namizədlər CV-lərini mövzu hissəsində “Qax” yazmaqla [email protected] e-poçt ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar. Əlaqə nömrəsi: (+994 12) 377 00 20 (daxili: 530).