Arıçılığın təşkili nədir? Foodinfo.az xəbər verir ki, “Arıçılıq haqqında” qanuna görə, arıçılığın təşkilinə bir sıra məsələlər daxildir.
O cümlədən arıçılıq fəaliyyəti arı yetişdirmə, damazlıq arıçılıq və əmtəəlik arıçılıq istiqamətlərində həyata keçirilir.
Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinin, əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həvəskar və peşəkar arıçılıqla məşğul olmaq hüququ var.
Arıçılıq təsərrüfatları hüquqi və fiziki şəxslər tərəfindən qanunvericilikdə müəyyən edilmiş qaydada yaradılır. Arıçılıq təsərrüfatlarının eyni ərazidə və müxtəlif bölgələrdə bir və bir neçə arıxanası ola bilər.
Arıçılıq təsərrüfatları dövlət, bələdiyyə və ya xüsusi mülkiyyətdə ola bilərlər.
Hüquqi və fiziki şəxslərin mülkiyyətində olan arı ailələrinin, arıxanaların və arıçılıq təsərrüfаtlаrının say tərkibinə məhdudiyyət qoyulmur.