Arzuolunmaz tük problemləri kişilərdən çox qadınlar üçün çox cansıxıcı ola bilər. Mum, ülgüc, lazer kimi üsullarla tükləri çıxarmağa çalışmaq bir qədər çətin ola bilər. Ev qarışığı ilə istənməyən tüklərdən qurtula bilərsiniz.
Mumun ağrısı, ülgücünün qısa müddətli təsiri, lazerin bahalı və ağrılı tərəfi ilə qadınlar artıq tükləri götürməkdə çətinlik çəkirlər.
Təbii ki, müəyyən seanslar üçün lazerə getdiyiniz zaman tüklərdə azalma ola bilər. Ancaq hər kəs lazerə üstünlük vermir.
Buna görə də Foodinfo.az arzuolunmaz tüklərdən qurtulmaq üçün evdə hazırlanmış təbii qarışığı təqdim edir:
Lazımi materiallar:
1 xörək qaşığı yulaf
1 xörək qaşığı zərdəçal
2 xörək qaşığı limon
Bu maddələri yaxşıca qarışdırın. Sonra tüklərə çəkin və 15 dəqiqə saxlayın. Gözləmə müddətinin sonunda bol su ilə yuyun. Bunu həftədə 2-3 dəfə edə bilərsiniz. Birinci ayın sonuna çatdığınız zaman fərqi çox ciddi hiss edəcəksiniz.
Başqa bir üsul:
Lazım olanlar:
Bir qədər qoz qabığı
1 stəkan su
cuna
Qoz qabığını (bir ovuc kifayətdir) metal qaba götürüb yuyun.
Sonra üzərinə bir stəkan su əlavə edib 12 saat dincəlməyə qoyun.
Gözləmə müddətindən sonra yumşalmış qabıqları cunaya çəkin və tüklü yerə yapışdırın. Yarım saatdan sonra yuyun. Bu üsulu bir neçə dəfə istifadə edin. Tüklərin getdiyini görəcəksiniz.