
Avokado tərkibindəki faydalı yağlarla ürək-damar sisteminin dostudur. Foodinfo.az xəbər verir ki, ABŞ Kardiologiya Assosiasiyasının eksperti Dr. Michael Ortega “The Guardian” qəzetinə bildirib ki, avokadonun tərkibindəki mono doymamış yağ turşuları pis xolesterini (LDL) azaldaraq yaxşı xolesterini (HDL) artırır.
Bu isə infarkt və insult riskini əhəmiyyətli dərəcədə azaldır. Dr. Ortega həmçinin qeyd edir ki, avokado kaliumla da zəngindir və bu mineral qan təzyiqinin stabilləşdirilməsində mühüm rol oynayır. Araşdırmalar göstərir ki, həftədə 3-4 dəfə avokado istehlakı ürək sağlamlığında nəzərəçarpacaq irəliləyişlər yaradır. Bundan əlavə, avokado dəri üçün də faydalıdır və saçların parlaqlığını artırır.